Ana Sayfa > Karusel / Dünya > KİV: Netanyahu İrana böyük hücum planlaşdırıb, amma Tramp əməliyyatın qarşısını alıb

KİV: Netanyahu İrana böyük hücum planlaşdırıb, amma Tramp əməliyyatın qarşısını alıb


Bu gün, 10:11. Yazar: Admin

KİV: Netanyahu İrana böyük hücum planlaşdırıb, amma Tramp əməliyyatın qarşısını alıb

İsrail oktyabrın 10-da İrana genişmiqyaslı zərbələr endirməyə hazırlaşıb, lakin ABŞ Prezidenti Donald Trampın buna qarşı çıxması səbəbindən əməliyyat baş tutmayıb.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın əvvəlində ölkənin Hərbi Hava Qüvvələrinə İrana qarşı genişmiqyaslı hücuma hazırlıqla bağlı göstəriş verib.

Məlumata əsasən, zərbələrin oktyabrın 10-da həyata keçirilməsi planlaşdırılıb və İsrail hərbçiləri əməliyyata başlamağa hazır vəziyyətdə olublar, lakin ABŞ Prezidenti Donald Tramp İsrailin bu addımına qarşı çıxıb. Bundan sonra Netanyahu Hərbi Hava Qüvvələrinə zərbələrə hazırlığın dayandırılması barədə göstəriş verib.

Nəşrin mənbələri qeyd edib ki, baş tutmayan əməliyyat nəticəsində İranda gözlənilən dağıntıların miqyası 2026-cı ilin fevral ayının sonu – martın əvvəlində İsrailin İrana qarşı keçirdiyi əməliyyat zamanı vurulan zərərin miqyasına yaxın olmalı imiş.


Geri dön