Ana Sayfa > Karusel / Dünya > Pentaqon qabaqcıl çiplərin istehsalına 1,5 milyard dollar yatıracaq

Pentaqon qabaqcıl çiplərin istehsalına 1,5 milyard dollar yatıracaq


Bu gün, 08:01. Yazar: Admin

Pentaqon qabaqcıl çiplərin istehsalına 1,5 milyard dollar yatıracaq

ABŞ Müdafiə Nazirliyi Şimali Karolina ştatında qabaqcıl mikrosxemlərin istehsalına 1,5 milyard dollar investisiya yatıracaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ştatda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Pentaqon Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar sərmayə qoyacaq”, – o bildirib.

ABŞ lideri daha əvvəl ölkəsinin iri mikrosxem istehsalı zavodları tikdiyini və gələcəkdə çiplərin idxalına ehtiyac duymayacağını açıqlamışdı.


Geri dön