Ana Sayfa > Karusel / Mədəniyyət > Zeytun festivalına sayılı günlər qaldı! 

Zeytun festivalına sayılı günlər qaldı! 


Dünən, 23:04. Yazar: Admin

 zeytun-festivalina-sayili-gunler-qaldi

Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək Zeytun Festivalı ziyarətçiləri müxtəlif zeytun məhsulları ilə tanış etməklə yanaşı, həm də maraqlı konsert proqramı ilə qarşılayacaq.

Qarabaginfo.az xəbər verir ki, Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.


Geri dön