Ana Sayfa > Karusel / Dünya > Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək

Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək


Dünən, 22:40. Yazar: Admin

İsrailin müdafiə naziri- Israel Katz

 

Hizbullah bütün Livan ərazisində tərksilah olunmayana qədər, İsrail ordusu Livanda qalacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Israel Katz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Livanda Hizbullah postu kimi fəaliyyət göstərən 23 000 ev dağıdılıb.

O, İsrailə qarşı hər bir PUA hücumunun cavabının Beyrutun Dahiyə bölgəsinin hədəfə alınması ilə veriləcəyini vurğulayıb.

“Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək. İsrail ordusu Nəbatiyə və Litani bölgələrində yeni ərazilərə doğru manevrlər etməyə hazırdır”,- Katz qeyd edib.


Geri dön