Ana Sayfa > Karusel / Dünya > Kallas: ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir

Kallas: ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir


Dünən, 22:24. Yazar: Admin

Kallas: ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir

“ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir və Ukraynadakı münaqişə indiyədək yalnız Aİ-nin hərbi təchizatı sayəsində davam edir”.

Qarabaginfo.az xəbər verir ki, bu iddia ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas çıxış edib.

Kallasın sözlərinə görə, Aİ-nin diplomatik xidməti Rusiya qarşısında maksimalist tələblərini formalaşdırmağa çalışır ki, Ukraynadakı müharibəyə çəkilən xərclər Brüssel üçün hədər getməsin.

“Ukrayna niyə indiyədək təslim olmayıb? Çünki Avropa onu təchiz edir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyası münaqişə başlayandan bəri Aİ-nin Ukrayna hökumətinə hərbi və maliyyə dəstəyi üçün 228 milyard avrodan çox vəsait xərclədiyini açıqlamışdı.


Geri dön