Ana Sayfa > Karusel / Dünya > Rəsmi Moskva ABŞ ilə strateji sabitlik danışıqlarını bərpa etməyin zəruri olduğunu hesab edir

Rəsmi Moskva ABŞ ilə strateji sabitlik danışıqlarını bərpa etməyin zəruri olduğunu hesab edir


Bu gün, 13:56. Yazar: Admin

 

Kreml: Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rəsmi Moskva ABŞ ilə strateji sabitlik danışıqlarını bərpa etməyin zəruri olduğunu hesab edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın Vaşinqtonla strateji sabitlikıə bağlı danışıqları bərpa etməyin çətin olacağını gözlədiyini söyləyib.

"Biz bunun vacib olduğunu hesab edirir. Amerikalılarla məhz biz danışmalıyıq", Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lidero Si Cinpinlə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb və bildirib ki, üçtərəfli görüşdə əsas mövzusu nüvə arsenallarının azaldılması ola bilər.

Peskov xatırladıb ki, Rusiya dəfələrlə bu dialoqu təcili olaraq bərpa etməyin vacibliyini təsdiqləyib, çünki dünya faktiki olaraq strateji sabitlik barədə razılaşmalar olmadan qalıb. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, danışıqların çətin və uzun olacağı gözlənilir. Xüsusilə, Moskva "Avropa ölkələrinin nüvə potensialını görməzdən gəlməyə" hazır deyil.


Geri dön