Ana Sayfa > Karusel / Dünya > "Axios": Heqset gözlənilmədən İsrailə səfər edib, Netanyahu ilə görüşüb

"Axios": Heqset gözlənilmədən İsrailə səfər edib, Netanyahu ilə görüşüb


Bu gün, 11:50. Yazar: Admin

ABŞ müharibə baziri Pit Heqset və İsrailin Baş naziri Benyamin Netanyahu

 

ABŞ-ın müharibə naziri Pit Heqset oktyabrın 19-da gözlənilmədən İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

“Axios”-un məlumatına görə, Heqsetin Netanyahu ilə görüşü Ovda aviabazasında, ABŞ qırıcılarının və yanacaqdoldurma təyyarələrinin olduğu yerdə keçirilib.

Heqset, həmçinin, bazada ABŞ hərbçiləri ilə görüşüb.

Pentaqon və İsrailin ABŞ-dakı səfirliyi “Axios”un sorğusuna cavab verməkdən imtina edib.


Geri dön