Ana Sayfa > Karusel / Sosial > Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq


Bu gün, 08:38. Yazar: Admin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Oktyabrın 20-də Bakının Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-dən Qarabaginfo.az-a verilən məlumata görə, buna səbəb Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləridir.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Bildirilib ki, təmir işləri abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.


Geri dön