Ana Sayfa > Karusel / Siyasət > Baş nazirin müavinlərinin sayı 4 oldu

Baş nazirin müavinlərinin sayı 4 oldu


Dünən, 22:12. Yazar: Admin

bas-nazirin-muavinlerinin-sayi-4-oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.

Qarabaginfo.az-ın məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib.

Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1999-2003-cü ilə qədər Baş nazirin müavini olub, 2003-cü ildən isə Baş nazirin birinci müavini kimi fəaliyyət göstərir.

Şahin Mustafayev də Baş nazirin müavinidir. O, 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye naziri, 2016-2019-cu illərdə iqtisadiyyat naziri olub. 2019-cu ildən isə indiki vəzifəsindədir. 

Baş nazirin digər müavini Samir Şərifovdur. 2006-2025-ci illərdə maliyyə naziri postunu icra edən Şərifov ötən ilin yanvarından Baş nazirin müavini kimi fəaliyyət göstərir.

Yeni təyinat alan Teymur Musayev isə 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini icra edirdi./Qafqazinfo


Geri dön