Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib


Bu gün, 14:39. Yazar: Admin

Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara 408 min dollar dəyərində ipək ixrac edilib.

Qarabaginfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9% və ya 33.59 min dollar çoxdur. Ötən ilin müvafiq dövründə Azərbaycan 374.41 min dollar dəyərində ipək ixrac edib.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 40.2 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3% və ya 27.11 min dollar azdır.


Geri dön