Ana Sayfa > Karusel / Dünya > Yunanıstanda kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Yunanıstanda kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb


Bu gün, 10:47. Yazar: Admin

Yunanıstanda kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Yunanıstanın Pieriya bölgəsində bir mühərrikli yüngül təyyarənin çay yatağına düşməsi nəticəsində 2 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, hadisə zamanı təyyarədə pilot və daha bir nəfər olub.

Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, təyyarənin pilotu yanğınsöndürmə təyyarələrini idarə etmək sahəsində təcrübəli olub.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.


Geri dön