Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq


Bu gün, 10:06. Yazar: Admin

Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7-də, 8-də, 9-da və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil ediləcək.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.


Geri dön