Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib
Ana Sayfa > Karusel / İqtisadiyyat > Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib

Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib


Bu gün, 16:09. Yazar: Admin

Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - EKSKLÜZİV

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,58 milyard ABŞ dolları (7,78 milyard manat) xalis gəlir əldə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.

İlin ilk üç rübünün yekunlarına əsasən, həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4 milyard 577,3 milyon ABŞ dolları və ya 7 milyard 781,4 milyon manat deməkdir.

ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.


Geri dön