Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Ana Sayfa > Karusel / Dünya > Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb

Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb


Bu gün, 15:37. Yazar: Admin

Belarus Prezidenti Aleksandr Lukaşenko

 

Belarusda xalq könüllü müdafiə dəstələrinin şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.

“BelTA” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətində xalq könüllü müdafiə dəstələrindən birinin təlim-məşq prosesini ziyarəti zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, mövcud dəstələrin sayı kifayət deyil və yeni baza dəstələri yaradılmalıdır. Onlar kənd sovetlərinin ərazisindəki müəyyən kəndlərdə yerləşdirilməli və bir-biri ilə əlaqəli fəaliyyət göstərməlidir.

“Bir bölməniz var, yaxşı bölmədir. Amma bu, kifayət deyil. Genişlənməliyik. Başqa yerlərdə də belə baza dəstələri yaratmaq lazımdır. Onlar bir-biri ilə əlaqəli olmalıdır”, – Lukaşenko deyib.

Belarus lideri daha əvvəl Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin rəhbəri İqor Şuneviçə silahla davranmağı bacaran şəxsləri xalq könüllü müdafiə dəstələrinə cəlb etməyi tapşırdığını xatırladıb.

Lukaşenkonun sözlərinə görə, xalq könüllü müdafiə dəstələrinin yaradılmasında məqsəd müharibə vəziyyətində insanların özlərini, ailələrini və yaşadıqları yaşayış məntəqələrini müdafiə edə bilməsidir.


Geri dön