Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avtomobil oğurluğuna görə sığorta hansı hallarda ödənir?
Ana Sayfa > Karusel / İqtisadiyyat > Avtomobil oğurluğuna görə sığorta hansı hallarda ödənir?

Avtomobil oğurluğuna görə sığorta hansı hallarda ödənir?


Bu gün, 13:09. Yazar: Admin

Avtomobil oğurluğuna görə sığorta hansı hallarda ödənir?

Avtomobil oğurluğu Azərbaycanda ən geniş yayılmış risklərdən biri olmasa da, belə hadisələr vaxtaşırı qeydə alınır. Bir çox sürücü isə belə hallarda hansı sığortanın zərəri qarşıladığını bilmir.

Nəzərə alın ki, icbari avtomobil sığortası oğurluq riskini əhatə etmir. Bu təminat yalnız üçüncü şəxslərə vurulan zərərlər üçündür. Avtomobilin oğurlanması və ya oğurluğa cəhd nəticəsində yaranan zərər isə yalnız KASKO sığortasının şərtlərinə uyğun olaraq ödənilə bilər.

Mütəxəssislər bildirirlər ki, ödənişin həyata keçirilməsi üçün hadisə dərhal hüquq-mühafizə orqanlarında qeydiyyata alınmalı, sığorta şirkətinə vaxtında məlumat verilməli və müqavilə şərtlərinə əməl olunmalıdır.

KASKO seçərkən yalnız sığortanın qiymətinə deyil, oğurluq riskinin təminata daxil olub-olmamasına da diqqət yetirmək tövsiyə olunur. “PAŞA Sığorta”nın KASKO proqramlarında geniş təminatlar arasında oğurluq riski də nəzərə alınıb. Etibarlı KASKO almaq üçün BU LİNKƏ daxil olun.


Geri dön