Ana Sayfa > Karusel / Siyasət > Nasar Hayat: FAO Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyə sadiqdir

Nasar Hayat: FAO Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyə sadiqdir


Bu gün, 11:59. Yazar: Admin

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat

 

Kənd təsərrüfatında innovasiyanı kənd yerlərinin təbii resurslarının qorunmasından ayrı nəzərdən keçirə bilmərik. Sudan daha səmərəli istifadə, torpaqların sağlamlığının qorunması, istehsalın şaxələndirilməsi və iqlimlə bağlı daha dəqiq məlumatlar bir-biri ilə uzlaşdırılmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunların heç birinə yalnız bir qurumun səyləri ilə nail olmaq mümkün deyil: “Bunun üçün dövlət qurumları, universitetlər, özəl sektor, inkişaf tərəfdaşları və fermerlər birlikdə çalışmalıdırlar.

FAO bu prioritetlərin praktiki tədbirlərə çevrilməsi üçün Azərbaycan hökuməti və bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə sadiqdir”.


Geri dön