Ana Sayfa > Karusel / Dünya > Tramp Zelenskinin müharibəni bitirmək istəmədiyini iddia edib, Ukraynada seçkilərə çağırıb

Tramp Zelenskinin müharibəni bitirmək istəmədiyini iddia edib, Ukraynada seçkilərə çağırıb


Bu gün, 08:18. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin sülh yolu ilə başa çatdırılmasında maraqlı olmadığını iddia edib.

Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

“O, münaqişənin həllini istədiyini deyir, amma əslində istəmir. Mən Zelenskinin böyük pərəstişkarı deyiləm. Onlar bu ölkəni məhv ediblər”, – Amerika lideri deyib.

Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini də vurğulayıb.

“Məncə, bizə seçkilər lazımdır. Açığı, Zelenskinin artıq çox uzun müddətdir orada olduğunu düşünürəm”, – o qeyd edib.

ABŞ Prezidentinin sözlərinə görə, Ukrayna müharibəni başa çatdırmaq istəyirsə, seçkilərin keçirilməsi məsələsinə baxmalıdır.

“Məncə, bunun vaxtı çatıb. Əgər onlar münaqişəni həll etmək istəyirlərsə”, – Tramp əlavə edib.


Geri dön