Ana Sayfa > Karusel / İdman > Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar


Dünən, 22:12. Yazar: Admin

fuad-hesenov-avropa-birinciliyinde-3-medal-qazandi

Atletimiz Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Qarabaginfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Həsənov birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci olub.

Təkanla qaldırma növündə Fuad 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.

Beləliklə 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Təltifetmə mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. İdmançılara medalları o təqdim edib.


 


Geri dön