Ana Sayfa > Karusel / Dünya > The Economist: PURL proqramının dayandırılması Ukraynanın infrastrukturunun müdafiəsini çətinləşdirəcək

The Economist: PURL proqramının dayandırılması Ukraynanın infrastrukturunun müdafiəsini çətinləşdirəcək


Dünən, 21:55. Yazar: Admin

The Economist: PURL proqramının dayandırılması Ukraynanın infrastrukturunun müdafiəsini çətinləşdirəcək

ABŞ-ın PURL proqramı çərçivəsində Avropa ölkələrinin vəsaiti hesabına Ukrayna üçün silah tədarükünü dayandırması Kiyevin kritik infrastrukturunu müdafiə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Bu barədə “The Economist” jurnalı yazıb.

Nəşrin məlumatına görə, Ukrayna ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin 95 faizini, həmçinin F-16 qırıcıları üçün raketlərin böyük hissəsini məhz PURL proqramı vasitəsilə əldə edir.

“PURL kritik infrastrukturumuzu qorumaq üçün əlimizdə olan yeganə həll yoludur”, – jurnal Ukraynanın hava hücumundan müdafiəsində iştirak edən hərbçilərdən birinin sözlərini sitat gətirib.

Nəşr qeyd edir ki, ABŞ-ın təqdim etdiyi hərbi və texnoloji imkanların hazırda tam alternativi yoxdur.

Xüsusilə, Ukraynanın Amerika kəşfiyyat məlumatlarını və peyk sistemlərini əvəz edəcək imkanlara malik olmadığı bildirilir.

Jurnalın qiymətləndirməsinə görə, Avropanın raket istehsalında ABŞ səviyyəsinə çatması üçün illər tələb olunacaq.

 


Geri dön