Ana Sayfa > Karusel / Kriminal > Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib


Bu gün, 17:21. Yazar: Admin

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.

Qarabaginfo.az xəbər verir ki, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.

O, polis tərəfindən saxlanılaraq həbs edilib.


Geri dön