Ana Sayfa > Karusel / Siyasət / Region > Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək


Bu gün, 14:55. Yazar: Admin

İran Prezidenti Məsud Pezeşkian

 

İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

XİN sözçüsü qeyd edib ki, İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.

Məsud Pezeşkian səfər çərçivəsində sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşlər keçirəcək.


Geri dön