Ana Sayfa > Karusel / Siyasət > Kreml Zelenskiyə cavab verib: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələrə moratorium qoymayıb

Kreml Zelenskiyə cavab verib: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələrə moratorium qoymayıb


Bu gün, 14:49. Yazar: Admin

 

Kreml Haqqında Məlumat – Tarixi, Memarlığı Və Siyasi əhəmiyyəti » DaylyAz

Ukrayna ABŞ-ın sülh səylərinə zidd olaraq Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfindən neft emalı zavodlarına və enerji obyektlərinə qarşı zərbələrə faktiki olaraq moratorium qoyulmayıb.

Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə ABŞ-ın sülh təşəbbüslərinə zidd hərəkət edir.

"Baş nazirin müavini Aleksandr Novakın dünənki açıqlamasını xatırlatmaq istərdim. O, mahiyyət etibarilə Ukrayna tərəfindən heç bir moratoriumun olmadığını söylədi. Neft emalı zavodlarımıza və enerji sektoru obyektlərimizə qarşı zərbələr son bir neçə gündür davam edir. Ukrayna bu obyektlərə zərbələr endirməyə davam edir və bununla da, əlbəttə ki, ABŞ-ın və Amerika danışıqçılarının sülh səylərinə ciddi şəkildə ziddiyyət təşkil edir", - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 14-dəNovak Ryazan və Saratov vilayətlərindəki neft emalı zavodlarına hücumlar barədə məlumat verib.


Geri dön