Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-Qırğızıstan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Qırğızıstan hərbi əməkdaşlığı müzakirə olunub


Bu gün, 13:02. Yazar: Admin

Azərbaycan-Qırğızıstan hərbi əməkdaşlığı müzakirə olunub

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 


Geri dön