Ana Sayfa > Karusel / Region > Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib

Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib


Bu gün, 21:17. Yazar: Admin

Tehran–İstanbul reysi Təbrizdə məcburi eniş edib

Texniki nasazlıq səbəbilə Tehran–İstanbul reysi bu gün Təbriz hava limanına eniş etməli olub.

Qarabaginfo.az-ın məlumata görə, “İran Air Tour” şirkətinin Tehrandan İstanbula uçan, 116 sərnişin daşıyan 9700 saylı reysi texniki nasazlıq səbəbilə bu gün saat 18:00-da Təbriz hava limanına məcburi eniş edib.

Məlumata görə, sərnişinlər tranzit zalına aparılıb. Texniki nasazlığın aradan qaldırılması və ya əvəzedici reysin təmin edilməsi istiqamətində tədbirlər görülür.


Geri dön