1 iyul 2027-ci il tarixindən etibarən Rusiya vətəndaşları Qazaxıstana səfər etmək üçün elektron giriş icazəsi almalıdırlar.
Qarabaginfo.az xəbər verir ki, bu Qazaxıstanda təsdiqlənmiş əcnəbilərin girişi və qalması ilə bağlı yeni qaydalarda öz əksini tapıb.
Vizasız səyahət üçün elektron icazə tələbi Avrasiya İqtisadi İttifaqı ölkələri, eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya, İsrail və digər ölkələrin vətəndaşlarına şamil ediləcək.