Ana Sayfa > Karusel / Manşet / Siyasət > Bağçalı: Türkiyə ilə Azərbaycan arasına nifaq toxumlarının səpilməsinə icazə verilməməlidir

Bağçalı: Türkiyə ilə Azərbaycan arasına nifaq toxumlarının səpilməsinə icazə verilməməlidir


Bu gün, 17:01. Yazar: Admin

MHP lideri Dövlət Bağçalı

 

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ölkəsi ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini bildirib.

Qarabaginfo.az-ın xəbərinə görə, Bağçalı qeyd edib ki, “qardaşlıq bağlarına zərər verəcək heç bir nifaq toxumunun səpilməsinə icazə verilməməlidir".

MHP liderinin sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü sarsılmaz qardaşlıq iradəsini nümayiş etdirəcək.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki xalq arasındakı səmimi bağa əsaslanır”, - o vurğulayıb.


Geri dön