Ana Sayfa > Karusel / Dünya > Rusiyalı hərbi əsir Xarkov vilayətində 5 Ukrayna hərbçisini güllələyib 

Rusiyalı hərbi əsir Xarkov vilayətində 5 Ukrayna hərbçisini güllələyib 


Bu gün, 14:51. Yazar: Admin

Rusiyalı hərbi əsir Xarkov vilayətində 5 Ukrayna hərbçisini güllələyib - YENİLƏNİB

Xarkov vilayətində beş Ukrayna hərbçisinin öldürülməsi ilə bağlı hadisənin yeni təfərrüatları məlum olub.

Ukraynanın “2day.kh.ua” nəşrinin məlumatına görə, 5 ukraynalı hərbiçinin öldürülməsində şübhəli bilinən rusiyalı hərbi əsirin hadisə yerindən qaçdığı və hazırda axtarıldığı bildirilir.

Onun Dnepropetrovsk vilayətinin Samar şəhəri istiqamətində hərəkət edə biləcəyi ehtimal olunur.

Ukrayna hüquq-mühafizə orqanları şübhəlinin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.


Geri dön