Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”
Ana Sayfa > Karusel / Gündəm > “Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”


Bu gün, 12:42. Yazar: Admin

 

Eldar Əzizov: "Azərbaycan dünyaya öz ləyaqətini bir daha göstərdi"

“Ölkəmizdə heç bir tarixi dövrdə, heç bir ictimai-siyasi sistemdə Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər çoxlu sayda məscid tikilib, bərpa edilməyib”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son günlər ölkədə cərəyan edən hadisələrlə bağlı “Qafqazinfo”nun sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan dövlətinin İslama və ümumiyyətlə, dini irsə münasibətini müzakirə edərkən ayrı-ayrı ifadələrə deyil, son yüzilliklərin konkret faktlarına əsaslanmaq vacibdir: “Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəccüb və təəssüf doğurur. Faktlar öz sözünü deyir. Prezident İlham Əliyev dini abidələrin qorunmasına və bərpasına, məscidlərin tarixi və mənəvi əhəmiyyətinin bərpasına xüsusi diqqət yetirir. Belə ki, 2003-cü ildən bəri Azərbaycanda 800-dən artıq məscid tikilib, təmir edilib və ya yenidən qurulub.

Burada Qarabağ nümunəsini xüsusilə qeyd etmək olar: torpaqlarımızın işğaldan azad edilməsindən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətə çevrilib. Dövlət başçısı şəxsən bərpa olunmuş müqəddəs yerləri ziyarət edərək, ölkədə islami və mənəvi irsin qorunmasının vacibliyini vurğulayıb. Bu, danılmaz faktdır”.



 


Geri dön