Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Raket hücumları barədə xəbərdar edilmədik”
Ana Sayfa > Karusel / Dünya > “Raket hücumları barədə xəbərdar edilmədik”

“Raket hücumları barədə xəbərdar edilmədik”


Bu gün, 12:24. Yazar: Admin

raket-hucumlari-barede-xeberdar-edilmedik

Ukrayna ötən gecə Rusiyanın ballistik raket hücumları ilə bağlı Qərb tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb. 

Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Tərəfdaşlarımız ballistik raket buraxılışı barədə bizi xəbərdar etməyiblər. Ukrayna artıq ikinci dəfədir ki, xəbərdar edilməyib”, - dövlət başçısı vurğulayıb. 

Zelenski həmçinin ABŞ administrasiyasından Rusiyanın neft emalı zavodlarına hücumlar davam etdiriləcəyi təqdirdə, Vaşinqtonun Kiyev ilə kəşfiyyat sahəsində əməkdaşlığı dayandıra biləcəyi barədə xəbərdarlıq aldığını qeyd edib.

Bununla belə, o, Ukraynanın enerji infrastrukturuna zərbələrin davam etdirildiyi müddətdə Rusiyanın enerji və logistika obyektlərinə hücumların dayandırılmayacağını diqqətə çatdırıb. 


Geri dön