Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Türkiyədə “Halk TV”yə qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb, kanala qəyyum təyin edilib
Türkiyədə “Halk TV”yə qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb, kanala qəyyum təyin edilibBu gün, 10:11. Yazar: Admin |
|
Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış keçirilib, 17 şübhəli barəsində saxlanılma qərarı verilib. Qarabaginfo.az NTV-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında “Halk TV”nin İstanbul ofisində axtarış aparıblar. Əməliyyat zamanı 17 şübhəlidən 11-i saxlanılıb. Dörd şübhəlinin xaricdə olduğu, birinin cəzaçəkmə müəssisəsində saxlanıldığı müəyyən edilib. Bir şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Bildirilib ki, kanalın sahibi Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə istintaq aparılır. Kanala qəyyum təyin edildiyi də bildirilir. Baş Prokurorluq tender prosesləri ilə əlaqədar 14 milyon 464 min lirə məbləğində qeydə alınmamış rüşvət ödənişi edildiyinin, bəzi işlər üzrə tender məbləğlərindən yüksək qiymətlərlə ödənişlər aparıldığının və əldə olunan gəlirlərin Mahiroğluna və ya onunla əlaqəli olduğu bildirilən şirkətlərə köçürüldüyünün müəyyən edildiyini açıqlayıb.
Geri dön |