ABŞ Federal Təhqiqat Bürosu (FTB) “OpenAI” şirkətinin ofisinə gizli dinləmə qurğusu yerləşdirməkdə şübhəli bilinən əməkdaşı saxlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
“Ofislərimizdən birində gizlədilmiş yüksək texnologiyalı səsyazma qurğusu aşkarladıq. Öz modellərimizin köməyi ilə qurğunu araşdırdıq, onun mənşəyini müəyyən etdik və əməkdaşımızın cihazı bir neçə gün əvvəl yerləşdirdiyini üzə çıxardıq”, – açıqlamada qeyd olunub.
Şirkət məsələ ilə bağlı FTB-yə müraciət etdiyini və şübhəli şəxsin operativ saxlanılmasına görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.
Məlumata görə, FTB-nin araşdırması davam edir.
“OpenAI” texnologiyalarının və məlumatlarının təhlükəsizliyinə ciddi yanaşdığını, bu məsələnin milli əhəmiyyət daşıdığını vurğulayıb.