Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Slovakiyada AES-in dördüncü enerji blokunun işə salınması təxirə salınıb
Ana Sayfa > Karusel / Dünya > Slovakiyada AES-in dördüncü enerji blokunun işə salınması təxirə salınıb

Slovakiyada AES-in dördüncü enerji blokunun işə salınması təxirə salınıb


Bu gün, 08:27. Yazar: Admin

Slovakiyada AES-in dördüncü enerji blokunun işə salınması təxirə salınıb

Slovakiyada “Moxovtse” Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun ölkənin elektrik şəbəkəsinə qoşulması təxirə salınıb.

Bu barədə TASR agentliyi məlumat yayıb.

Bildirilib ki, AES-in operatoru olan “Slovenske elektrarne” şirkəti oktyabrın 13-nə planlaşdırılan qoşulmanı texniki sınaqlar zamanı qeydə alınan qeyri-standart reaksiya səbəbindən təxirə salıb.

Qeyd edək ki, yeni enerji blokunun işə salınması prosesinə iyunun 29-da başlanılıb. Həmin vaxt sovet texnologiyası əsasında inşa edilmiş reaktora nüvə yanacağının yüklənməsinə start verilib. Yanacaq Rusiyanın “Rosatom” korporasiyasına bağlı struktur tərəfindən tədarük olunub.

Dördüncü enerji blokunun tikintisinə 6,7 milyard avro xərclənib. Onun gücü təxminən 470 meqavat təşkil edəcək.

Enerji bloku istismara verildikdən sonra Slovakiyada atom enerjisinin elektrik istehsalındakı payının 77,5 faizə çatacağı gözlənilir.

Xatırladaq ki, Slovakiyada “Moxovtse” və “Bohunitse” olmaqla iki atom elektrik stansiyası fəaliyyət göstərir. Hər iki stansiya Moskvanın iştirakı ilə inşa edilib.


Geri dön