Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Ana Sayfa > Karusel / Siyasət > Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb


Bu gün, 08:10. Yazar: Admin

Picture background

Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az-ın məlumatına görə, buna səbəb Britaniya rəsmilərinin Fairford hərbi bazasında baş verdiyi iddia olunan hadisəni İranla əlaqələndirməsi olub.

İran XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Britaniyanın ittihamlarını əsassız adlandırıb.

O, Londonun irəli sürdüyü iddialarla bağlı sənəd və sübutları ən qısa zamanda təqdim etməli olduğunu bildirib.

Əlirza Yusifi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən baxacaq.


Geri dön