2026-ci ilin birinci yarımili ərzində bank sektoru üzrə qeyri-işlək kreditlərdə 62 mln. manat məbləğində silinmə baş verib.
Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, silinmələr əsasən istehlak portfeli üzrə olub.
Belə ki, dövr ərzində silinmələrin 92%-i (57 mln. manat) istehlak portfeli, 8%-i isə (5.1 mln. manat) biznes kreditləri üzrə olub.
Qeyd edək ki, 2026-cı ilin birinci yarımili ərzində qeyri-işlək kredit (QİK) portfelinin həcmi 25% (191 mln. manat) artaraq 954 mln. manat təşkil edib.
Qeyri-işlək portfellər üzrə biznes istehlak və ipoteka kreditlərində müvafiq olaraq 128 mln. manat, 58 mln. manat və 5 mln. manat artım baş verib.
Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı (QİK əmsalı) yarımil ərzində 0.5 f.b. artaraq 3% təşkil etmişdir. Aparılmış təhlillər qeyri-işlək portfelində artımın fərdi müştərilər hesabına olduğunu və sistem riski xarakteri daşımadığını göstərir.