Ana Sayfa > Karusel / Kriminal > Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı - Beşi şagirddir

Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı - Beşi şagirddir


Bu gün, 13:56. Yazar: Admin

mektebdeki-yangina-gore-6-nefer-saxlanildi

Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Geri dön