Ana Sayfa > Karusel / Siyasət > “Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi

“Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi


8-02-2021, 17:36. Yazar: Admin

 

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib. 

 xəbər verir ki, şirkətin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.

Azərbaycanın ilk metallurgiya şirkəti olan “Baku Steel Company” metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi  ödəyicilərindən biridir. Hazırda şirkətimizin müssisələrində 1500-dək işçi heyəti çalışır.
Müasir texnoloji avadanlıqlara və istehsal xətlərinə malik müəssisəmizin məhsulları daxili bazarda yüzlərlə müxtəlif şirkətlər və müştərilərimiz tərəfindən istehlak edilir, həmçinin bır sıra ölkələrə ixrac edilir. 
No description available.

Son günlərdə şirkətimiz barədə yer almış müxtəlif yoxlanılmamış məlumatlarla bağlı bildiririk ki, hazırda şirkətimizə daxil olan bütün müəssisələr öz fəaliyyətini normal axarında davam etdirir, zavodlarımızda yüksək standartlara cavab verən məhsullar istehsal edilir. 
“Baku Steel Company” şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində bundan sonra da şəffaf əsaslarda davam etdirməyə sadiqdir. Şirkətimizin rəhbərliyi müəssisəyə dəstək göstərmiş bütün dövlət orqanlarına təşəkkür edir, həmçinin öz istehlakçılarını və təchizatçılarını əmin edir ki, şirkətin fəaliyyətində ən yüksək standartların tətbiqi ilə bağlı bütün müvafiq dəyişikliklər aparılacaqdır. (Demokrat.az)

Geri dön