Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib
Ana Sayfa > Karusel / Dünya > Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib


Bu gün, 08:11. Yazar: Admin

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının Səudiyyə Ərəbistanının Xamis-Muşait şəhəri istiqamətində atdığı iki ballistik raketi ələ keçirərək məhv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.

“Xamis-Muşait istiqamətində terrorçu husilər tərəfindən atılan iki ballistik raket ələ keçirilib və məhv edilib”, – əl-Maliki bildirib.

Qeyd edək ki, bundan öncə husilərin hərbi nümayəndəsi Yəhya Səriya qiyamçıların ər-Riyad Beynəlxalq Hava Limanını ballistik raketlə vurduğunu iddia edib. O, həmçinin Xamis-Muşaitdəki aviabazaya pilotsuz uçuş aparatı ilə birbaşa zərbə endirildiyini açıqlayıb.


Geri dön