Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
Ana Sayfa > Karusel / Dünya > Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var

Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var


Dünən, 23:52. Yazar: Admin

Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var

Rusiyanın Kiyevə dron hücumu nəticəsində 25 mərtəbəli yaşayış binasına zərbə endirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, dron paytaxtın Darnitski rayonunda yerləşən binanın 12-16-cı mərtəbələri arasına düşüb. Zərbədən sonra binanın həyətində avtomobillər yanmağa başlayıb, hadisə yerinə təcili xidmətlər cəlb olunub.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində bir qadın həlak olub. İlkin məlumatlara əsasən, dörd nəfərin xəsarət aldığı bildirilsə də, sonradan Kliçko paytaxtda yaralıların sayının 11-ə çatdığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha sonra binaya “Şahed” tipli dronla endirilən zərbə nəticəsində iki nəfərin öldüyünü bildirib.


Geri dön