Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reyunyon sahillərində bir tankeri saxladığını açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reyunyon sahillərində bir tankeri saxladığını açıqlayıb

Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reyunyon sahillərində bir tankeri saxladığını açıqlayıb


Dünən, 23:50. Yazar: Admin

Emmanuel Makron

 

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında yerləşən Reyunyon adasının sahillərində bayrağının həqiqiliyinə dair şübhələr səbəbilə “DF Peak” tankerini saxlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.

“Bu gün səhər Reyunyon adasından 450 dəniz milindən çox cənubda hərbi dəniz qüvvələrimiz saxta bayraq altında üzdüyü ehtimal edilən “DF Peak” neft tankerini saxlayıb”, - o bildirib.

Makron onu da bildirib ki, bu tədbir “kölgə donanması” ilə mübarizə çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, əməliyyat beynəlxalq hüquqa uyğun aparılıb və Parisin qanunsuz ticarətin bütün formalarına qarşı mübarizə aparmaq niyyətini nümayiş etdirir.


Geri dön