Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb. APA