Ukraynada tam atəşkəs barədə razılaşma əldə olunacağı təqdirdə, seçkilərin keçirilməsi məsələsini müzakirə etməyə hazıram.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Ukrayna liderinin sözlərinə görə, seçkilərin təşkili üçün təhlükəsiz şərait yaradılmalı və vətəndaşların səsvermədə iştirakını təmin edən infrastruktur qurulmalıdır.
Qeyd edək ki, bundan əvvəl Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə 60 günlük tam atəşkəs barədə razılıq əldə olunacağı təqdirdə, ölkədə seçkilərin təşkil ediləcəyini bildirmişdi.