Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Ana Sayfa > Karusel / Sosial > Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq


Bu gün, 08:40. Yazar: Admin

Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakının Yasamal rayonunun bir sıra ərazilərində oktyabrın 12-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E. Ağayev, Ə. Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatının keyfiyyəti artırılacaq.


Geri dön