Kanada hökuməti ABŞ-a neft və dizel yanacağı tədarükünü artırmaq niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunlarına dair yayımlanan rəsmi açıqlamada bildirilib.
Sənəddə qeyd olunub ki, Kanada ABŞ bazarına enerji məhsullarının ixracını mümkün qədər artırmağa çalışacaq.
“Biz ABŞ-a neft və dizel yanacağı ixracımızı maksimum dərəcədə artırmağa çalışacağıq. Bu ixrac gündəlik 1 milyon barel dizel yanacağı həcmindən xeyli çoxdur”, – açıqlamada bildirilib.