Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum nəticəsində yaralanan Hindistan vətəndaşlarından biri həyatını itirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Hindistanın Səudiyyə Ərəbistanındakı səfirliyi məlumat yayıb.
“Həlak olan şəxsin ailəsinə başsağlığı veririk və onun nəşinin vətənə qaytarılması üçün bütün zəruri yardımı göstərəcəyik”, – diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.
Məlumata görə, Ər-Riyad hava limanına hücum nəticəsində ümumilikdə 11 Hindistan vətəndaşı xəsarət alıb.