Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur
Ana Sayfa > Karusel / Dünya > Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur

Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur


Bu gün, 18:52. Yazar: Admin

Almaniyada qadınların hərbi xidmətə çağırılması müzakirə olunur

Almaniyada qadınların da hərbi xidmətə cəlb edilməsi məsələsi gündəmə gəlib.

Qarabaginfo.az xəbər verir ki, “Sky News“ mövzu ilə bağlı videoreportaj yayımlayıb.

Məsələ ölkənin müdafiə imkanlarının gücləndirilməsi və hərbi xidmət sisteminin gələcəyi ilə bağlı müzakirələr fonunda gündəmə gətirilib.

Qeyd edək ki, qadınların məcburi hərbi xidmətə çağırılması barədə qərar qəbul olunmayıb. Hazırda məsələ müzakirə mərhələsindədir.

“Sky News”un videoreportajında yalnız qadınların iştirak etdiyi hərbi hazırlıq düşərgəsindən görüntülər təqdim olunub. Jurnalistlər gənc qadınların Almaniyanın yeni hərbi xidmət qaydalarına münasibətini öyrəniblər.

Almaniyada qəbul edilən yeni qaydalara əsasən, 18 yaşlı gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir. Kişilərin sorğunu cavablandırması məcburidir, qadınların iştirakı isə könüllüdür.

Ölkədə hərbi xidmətə könüllü cəlbetmənin genişləndirilməsi nəzərdə tutulur. Kifayət qədər könüllü olmadığı halda məcburi hərbi xidmətin tətbiqi üçün parlamentin ayrıca qərarı tələb olunur.


Geri dön