Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukraynanın dron hücumundan sonra Ermənistan və Qazaxıstanda “Yandex” xidmətlərində nasazlıq yaranıb
Ana Sayfa > Karusel / Dünya > Ukraynanın dron hücumundan sonra Ermənistan və Qazaxıstanda “Yandex” xidmətlərində nasazlıq yaranıb

Ukraynanın dron hücumundan sonra Ermənistan və Qazaxıstanda “Yandex” xidmətlərində nasazlıq yaranıb


Bu gün, 18:26. Yazar: Admin

Ukraynanın dron hücumundan sonra Ermənistan və Qazaxıstanda “Yandex” xidmətlərində nasazlıq yaranıb

Ukraynanın Rusiyadakı “Yandex” infrastrukturuna dron hücumundan sonra Ermənistan və Qazaxıstanda şirkətin xidmətlərində nasazlıq yaranıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, hər iki ölkədə istifadəçilər “Yandex Taksi” və çatdırılma xidmətlərindən istifadə zamanı problemlərlə üzləşiblər.

Qeyd edək ki, Ukraynanın Rusiyanın Vladimir vilayətində yerləşən “Yandex” məlumat mərkəzinə dron zərbəsi endirdiyi bildirilir. Hücum nəticəsində mərkəzin fəaliyyətinin dayandığı qeyd olunur.

Bundan əvvəl isə Ryazan və Kaluqa vilayətlərində yerləşən “Yandex” məlumat mərkəzlərinin də dron hücumuna məruz qaldığı barədə məlumat yayılıb.


Geri dön