Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıb
Ana Sayfa > Karusel / Dünya > Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıb

Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıb


Bu gün, 16:48. Yazar: Admin

Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıb

Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib.

O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur. Məkkə və Mədinə hava limanları isə istisna təşkil edir.

Səri aviaşirkətləri, hava limanlarının əməkdaşlarını və sərnişinləri xəbərdarlığa ciddi yanaşmağa çağırıb.

Husilərin nümayəndəsi raket və pilotsuz uçuş aparatlarının qarşısının alınması zamanı yarana biləcək nəticələrə görə Ər-Riyadın məsuliyyət daşıyacağını bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində azı 12 nəfər ölüb, 309 nəfər yaralanıb. Hava limanının iki terminalına ciddi ziyan dəyib və fəaliyyəti dayandırılıb.

Oktyabrın 8-də də həmin hava limanına hücum edilib. Husilər hücuma görə məsuliyyəti üzərlərinə götürüblər.


Geri dön