Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
Ana Sayfa > Karusel / Dünya > Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb

Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb


Bu gün, 11:07. Yazar: Admin

Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb

Mərkəzi Afrika Respublikasının silahlı qüvvələri və rusiyalı hərbi mütəxəssislər ölkənin şimal-şərqində radikal qruplaşmalar koalisiyasının hücum planını pozublar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyindən (SOMB) məlumat verilib.

Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, ölkənin şimal-şərqində vəziyyət gərgin olaraq qalır, lakin nəzarət altındadır.

Birliyin məlumatına görə, Çad və Sudanla sərhədyanı ərazilərdə iki ay ərzində gizli şəkildə müdaxiləyə hazırlıq aparılıb. Radikal qruplaşmalardan ibarət koalisiya Vakaga və Baminqi-Banqoran prefekturalarına hücum etməyi planlaşdırıb.

Hücum qruplarının ümumi sayının 1300 nəfərə çatdığı bildirilir. Əməliyyatın 2026-cı ilin oktyabr ayının ikinci yarısında həyata keçirilməsi nəzərdə tutulub. Qruplaşmaların arxa bazası Çad, Sudan və Mərkəzi Afrika Respublikasının sərhədlərinin kəsişdiyi ərazidə yerləşib.


Geri dön