Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub
Ana Sayfa > Karusel / Dünya > Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub

Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub


Bu gün, 11:06. Yazar: Admin

Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı qarşıdurma olub

Əfqanıstan və Pakistan hərbçiləri arasında Paktiya vilayətinin sərhədyanı ərazisində silahlı toqquşma olub.

Bu barədə “TOLOnews” portalı Əfqanıstan qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, insident iki ölkə arasında Kabildə tanınmayan Durand xətti boyunca, Dand-Patan bölgəsində baş verib.

Əfqanıstan tərəfi atəşi ilk olaraq Pakistan hərbçilərinin açdığını, bundan sonra əfqan bölmələrinin cavab verdiyini bildirib. Ordu rəsmisinin sözlərinə görə, Əfqanıstan hərbçiləri arasında itki yoxdur və toqquşma başa çatıb.


Geri dön