Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub
Ana Sayfa > Karusel / Dünya > Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub

Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub


Bu gün, 11:04. Yazar: Admin

Konqoda üsyançıların hücumu nəticəsində 11 nəfər həlak olub

Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində üsyançıların silahlı hücumu nəticəsində 11 mülki şəxs həlak olub.

Qarabaginfo.az xəbər verir ki, ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir.

Məlumata görə, “Konqonun İnkişafı Alyansı” (CODECO) adlı üsyançı qrup İturi əyalətinin Cüqu bölgəsindəki kəndlərdən birində mülki şəxslərə hücum edib. Hadisə nəticəsində çoxlu sayda insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

Hücumdan sonra təxminən 100 mülki şəxs BMT-nin Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) bazasının ətrafına sığınıb. BMT sülhməramlıları mülki əhalini qorumaq və yeni hücumların qarşısını almaq məqsədilə ərazidə patrul xidmətini gücləndiriblər.

 


Geri dön